Şolts onun NATO rəhbəri olmasına imkan vermir
18.02.2024 09:30 Dünyadan reaksiya 226
Almaniya kansleri Olaf Şolts Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin NATO-nun baş katibi postuna namizədliyi ilə razılaşmayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə alman mediası yazıb.
Bildirilib ki, Şolts Leyenin NATO-nun rəhbəri olmasının qəti əleyhinədir.
İddiaya görə, səbəblərdən biri Avropa Komissiyasının rəhbərinin Rusiyaya qarşı son dərəcə tənqidi münasibətidir. Bundan əlavə, Şolts onu həm də daxili səbəblərdən qısqanır: Leyen Almaniya Sosial Demokrat Partiyasına müxalifətdə olan Xristian Demokrat İttifaqının nümayəndəsidir.
Ehtimal edilir ki, bu, Niderland Baş naziri Mark Ruttenin NATO-nun baş katibi postunu olmaq imkanlarını artırır.
Şərhlər