Meksikada zəlzələ olub
18.02.2024 14:00 Dünyadan reaksiya 125
Meksikanın Herrero ştatında 5,1 maqnitudada zəlzələ qeydə alınıb.
Reaksiya.az-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ 187 min nəfər əhalisi olan Çilpansinqo şəhərinin 43 kilometr cənub-qərbində baş verib.
Zəlzələ ocağı 80 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Şərhlər