Bu ölkə bütün artilleriyasını Ukraynaya verir
18.02.2024 14:45 Dünyadan reaksiya 120
Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya vermək qərarına gəlib.
Reaksiya.az xəbər verir ki, bu bəyanatla Danimarkanın Baş naziri Mette Frederiksen Münhendəki çıxışında bildirib.
O qeyd edib ki, silah təchizatı ilə bağlı Avropa liderləri tez-tez istehsal problemlərinə istinad edirlər:
“Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Danimarka bütün artilleriyasını Ukraynaya vermək qərarına gəldi. Avropada hərbi texnika var, bu təkcə istehsal məsələsi deyil. İstifadə etmədiyimiz silah-sursat və hava hücumundan müdafiə sistemləri var. Onların Ukraynaya təhvil verilməsi lazımdır”.
Şərhlər