Sızıldamayın, Ukraynaya yardım edin... - Rutte

18.02.2024 15:00     Dünyadan reaksiya     91

Avropa Donald Trampın ABŞ prezidentliyinə qayıtması ehtimalından şikayət etməyi dayandırmalı və bunun əvəzinə Ukraynaya yardıma diqqət etməlidir.

Reaksiya.az xəbər verir ki, bu sözləri Niderlandın Baş naziri Mark Rutte deyib.

“Tramp haqqında sızlamağı və inildəməyi dayandırmalıyıq. Buna amerikalılar qərar verəcək. Mən amerikalı deyiləm, ABŞ-da səs verə bilmərəm. Meydanda olanlarla işləməliyik. Son bir neçə gündə davamlı olaraq şikayətlər eşidirəm. Gəlin bunu dayandıraq”, - Rutte bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar