Kiyevə vaxtında silah versəydik... - Borrell

18.02.2024 16:45     Dünyadan reaksiya     115

Əgər Avropa Birliyi Kiyevə yeni silahların tədarükü ilə bağlı daha tez qərarlar qəbul etsəydi, Ukraynadakı döyüşlər başqa cür inkişaf edə bilərdi.

Reaksiya.az xəbər verir ki, Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

"İki il əvvəl biz Ukraynaya dəbilqə tədarükünü müzakirə edirdik, indi F-16-lardan danışırıq. Amma iki il sonra. Yeni silah növlərinin tədarükünə daha tez qərar versəydik, bəlkə də müharibə fərqli inkişaf etmiş olardı”, - Borrell bildirib.

Reaksiya.az 

Şərhlər

Çox oxunanlar