Fransa ən müasir kamikadze dronlarını Ukraynaya verir

18.02.2024 19:15     Dünyadan reaksiya     91

Fransanın hazırlanma mərhələsində olan ən müasir kamikadze dronları Ukraynaya təhvil veriləcək.

Reaksiya.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.

“Çox güman ki, 2024-cü ildə yeni hərbi imkanlar baxımından böyük uğurlar görəcəyik. Belə nümunələrdən biri yeni nəsil kamikadze dronların hazırlanmasına aiddir. Bu layihə hazırda sınaq mərhələsindədir. Ukrayna yaxın həftələrdə bu dronları alan ilklərdən biri olacaq”, - nazir bildirib.

Reaksiya.az

Şərhlər