Husilər yenə Britaniya gəmisinə hücum etdi
19.02.2024 12:30 Dünyadan reaksiya 105
Yəmənin cənub-qərb sahillərində yenidən gəmiyə hücum qeydə alınıb.
Reaksiya.az xəbər verir ki, bu barədə İngiltərə Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, fevralın 19-na keçən gecə “Əl-Moxa” liman şəhərindən 35 dəniz mili cənubda insident baş verib:
“Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində dağıntılar olduğunu bildirib. Eyni zamanda, kapitan bütün ekipaj üzvlərinin təhlükəsizlikdə olduğunu qeyd edib”.
Qeyd edək ki, Bab əl-Məndəb boğazında hücuma məruz qalan yük gəmisi Livan tərəfindən istifadə edilsə də, Britaniyaya məxsus olub.
Şərhlər