Türkiyədə iş saatları azaldılacaq

19.02.2024 13:45     Dünyadan reaksiya     105

Türkiyə hökuməti Əmək Məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlayır.

Reaksiya.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, hakimiyyət sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli, vahid tənzimləmə hazırlamağı planlaşdırır:

“Hökumət bütün peşə qrupları üçün qaydaları unifikasiya etmək, norma kimi həftədə 35-40 iş saatı tətbiq etmək niyyətindədir. Bu dəyişikliklərin texnoloji inkişafın mövcud vəziyyəti nəzərə alınmaqla hazırlanması planlaşdırılır ki, bu da proseslərin səmərəliliyini artırmaqla əməliyyat vaxtını azaltmağa imkan verir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar