Polşalı fermerlər Ukrayna taxılını daşıyan qatarların qarşısını kəsiblər

19.02.2024 15:45     Dünyadan reaksiya     143

Polşa fermerləri Ukrayna taxılını daşıyan qatarların hərəkətini bloklayıblar.

Polşalılar, həmçinin Ukrayna sərhədi yaxınlığında sərnişin avtobuslarının keçidini də əngəlləyiblər.  

Məlumatı Ukrayna Dövlət Gömrük Xidməti də təsdiqləyib.

Polşalı etirazçıların sözlərinə görə, gələcəkdə Ukrayna ilə sərhəd keçidləri, nəqliyyat qovşaqları və dəmiryol vağzalları və dəniz limanlarına gedən yolları da bağlayacaqlar.

Polşa fermerləri Ukraynadan malların nəzarətsiz axınından narazılıqlarını belə bildiriblər.

Varşava-Kiyev münasibətləri Ukrayna taxılına qoyulan embarqoya görə xeyli mürəkkəbləşib. 2023-cü il sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan dörd kənd təsərrüfatı məhsulunun idxalına məhdudiyyətləri Aİ-nin bir neçə sərhəd ölkəsinə uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət üçün tədbirlər görməyə məcbur edib. Bundan sonra Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları qadağanı birtərəfli qaydada uzatdıqlarını açıqlayıb. Ukrayna bununla bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Buna cavab olaraq üç Aİ ölkəsi Ukrayna taxıl məsələsi ilə bağlı koordinasiya platformasının iclaslarını boykot edəcəyini bəyan edib.

Reaksiya.az

Şərhlər