İsrail bu ölkə prezidentini arzuolunmaz şəxs elan etdi
19.02.2024 16:45 Dünyadan reaksiya 136
Qəzza müharibəsini Holokostla müqayisə etdiyi üçün Braziliya Prezidenti Luis İnasio Lula da Silva arzuolunmaz şəxs elan edilib.
Reaksiya.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz deyib.
“İsrail XİN-i Braziliya Prezidenti Lula da Silvanı Qəzza müharibəsini Holokostla müqayisə etdiyi üçün persona non qrata elan edib”, - o bildirib.
Qeyd edək ki, Braziliya Prezidenti İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.
Reaksiya.az
Şərhlər