Paşinyan AB-nin mülki missiya komandanı ilə görüşdü

19.02.2024 20:15     Dünyadan reaksiya     127

Ermənistanın Baş naziri Nikol Paşinyan AB-nin Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlar komandanı Stefano Tomatı qəbul edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Baş nazir Tomatla görüşündə AB-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin vacibliyini qeyd edib. Paşinyan missiyanın səmərəli fəaliyyətinin regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verdiyini bildirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Paşinyan və Tomat AB-nin müşahidəçi missiyasının nəticələrinə və onun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunub:

“Tərəflər Ermənistan və AB arasında çoxsahəli əməkdaşlığın daim inkişafının vacibliyini vurğulayıblar”.

Reaksiya.az

Şərhlər