Kanada Ukraynaya 800-dən çox PUA verəcək

20.02.2024 10:15     Dünyadan reaksiya     78

Kanada 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Ukrayna ordusuna təhvil verəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyer deyib.

Yardım paketinin dəyəri 95 milyon Kanada dolları (70 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.

Qeyd olunur ki, PUA-lar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər faydalı yük daşıya bilir. PUA-ların yazda Kiyevə göndəriləcəyi bildirilib.

Reaksiya.az

Şərhlər