Bloomberg: ABŞ Yaxın Şərqdə atəşkəsə çağıran qətnamə təklif edib

20.02.2024 10:45     Dünyadan reaksiya     133

ABŞ BMT-yə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibədə müvəqqəti atəşkəsə çağıran qətnamə təklif edib və bu qətnamədə Təl-Əvivin Qəzza zolağının Misirlə sərhədindəki Rəfah şəhərində quru əməliyyatı keçirməsi təhlükəsi barədə xəbərdarlıq edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Bloomberg” sənədin surətinə istinadən məlumat yayıb.

Qətnamənin mətnində qeyd olunub ki, İsrailin Rəfaha hücumu “mülki əhalinin daha çox zərər çəkməsinə və onların, o cümlədən potensial olaraq qonşu ölkələrə köçürülməsinə gətirib çıxaracaq ki, bu da regionun sülhü və təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar