Niderlandın müdafiə naziri: Artıq Ukraynaya dron veririk

20.02.2024 11:00     Dünyadan reaksiya     86

Niderland artıq Ukraynaya dronlar ötürür.

Reaksiya.az Ukraynanın İctimai televiziyasına istinadən xəbər verir ki, bu barədə Qərbi Avropa ölkəsinin müdafiə naziri Kaysa Ollonqren söyləyib.

“Dəqiq rəqəm deyə bilmərəm, ancaq biz artıq Ukraynaya dronlar ötürürük. Sözsüz, mən hesab edirəm ki, bu dronlar koalisiyası çox vacibdir, çünki indi biz səylərimizi birləşdirəcəyik, bu da o deməkdir ki, dronların sayını artıra və həmçinin Ukraynanın ehtiyaclarına uyğun olaraq konkretləşdirə biləcəyik”, – o vurğulayıb.

Ollonqren Amsterdamın bu il F-16-ları Ukraynaya təhvil verməyə başlaya biləcəyinə əminliyini ifadə edib.

Reaksiya.az

Şərhlər