Avropa Şurasının baş katibi vəzifəsinə namizəd Kiyevə səfər edib

20.02.2024 16:15     Dünyadan reaksiya     92

Avropa Şurasının baş katibi vəzifəsinə namizəd - Alen Berse Ukraynanın paytaxtı Kiyevə gəlib.

Reaksiya.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveçrənin Ukraynadakı səfirliyi məlumat yayıb.

“İsveçrənin sabiq Prezidenti və Avropa Şurasının baş katibi vəzifəsinə namizəd olan Alen Berse Kiyevə gəlib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, səfər zamanı Ukraynaya müharibədə məsuliyyətin və ədalətin təmin olunmasında dəstəyin göstərilməsi məsələsi müzakirə olunacaq.

Reaksiya.az

Şərhlər