Putindən ABŞ-a: Bu, mümkün olmayacaq!
21.02.2024 09:30 Dünyadan reaksiya 131
Rusiya həm strateji sabitlik məsələsində, həm də Ukrayna ilə bağlı sülh dialoqundan heç vaxt imtina etməyib.
Reaksiya.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ və Qərb bir tərəfdən Rusiyanın strateji məğlubiyyətinə çağırır, digər tərəfdən isə guya bizimlə strateji sabitlik haqqında danışmaq istəyirlər. Bir məsələnin digəri ilə heç bir əlaqəsi olmadığına inanaraq... Bu mümkün olmayacaq. Əgər onlar bizi strateji məğlubiyyətə uğratmağa çalışırlarsa, o zaman ölkəmiz üçün strateji sabitliyin nə demək olduğunu düşünməliyik”, - dövlət başçısı bildirib.
Eyni zamanda Putin bildirib ki, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi vasitəsilə ABŞ-la strateji sabitlik üzrə təmaslar mümkündür:
“Biz heç nəyi rədd etmirik, heç nədən imtina etmirik, amma onların nə istədiklərini anlamaq lazımdır. Onlar adətən birtərəfli üstünlüklərə nail olmaq istəyirlər. Bu baş verməyəcək”, - deyə o bildirib.
Şərhlər