İtaliyaya göndərilən “Leopard 2” tankları təkmilləşdirilir

21.02.2024 11:30     Dünyadan reaksiya     71

İtaliyanın “Leonardo” şirkəti alacağı “Leopard 2A8” tanklarının dizaynına yeni avadanlıq və öz istehsalı olan silah lüləsini əlavə etməyi planlaşdırır.

Bu barədə "Defence News" nəşrinə şirkətin baş direktoru Lorenso Mariani bildirib.

“Dekabr ayında imzalanmış niyyət məktubuna uyğun olaraq, “Leopard 2” tankı İtaliyanın tələblərinə cavab vermək, ölkənin sənaye və idarəetmə rolunu təmin etmək üçün əhəmiyyətli dərəcədə “İtalyanlaşdırılacaq””, - o deyib.

İtaliya ordusu üçün rəqəmsal radio, elektro-optik sensorlar, atəşə nəzarət sistemi və İtaliya istehsalı olan silah lüləsi ala bilər. Mariani qeyd edib ki, mümkün dəyişikliklər “qiymətləndirmə mərhələsindədir”.

Reaksiya.az

Şərhlər