BMT: Sudanda on milyonlarla insan aclıqla mübarizə aparır

21.02.2024 12:00     Dünyadan reaksiya     62

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən böyük məcburi köçkünlük böhranının yaşandığı Sudanda azı on milyonlarla insanın artan aclıq və qida çatışmazlığı ilə üzləşdiyini bildirib.

BMT Sudanda 10 aydır davam edən vətəndaş müharibəsi səbəbindən azı 25 milyon insanın aclıq və qida çatışmazlığı ilə mübarizə apardığını bildirib.

“Təəssüf ki, hazırda vəsaitimiz yoxdur və ehtiyacı olan insanlara lazımi miqyasda çatmaq imkanına malik deyilik", - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının rəsmi açıqlamasında bildirilib.

Ümumdünya Ərzaq Proqramının sözçüsü Annabel Siminqton, hər həftə minlərlə ailənin evlərindən didərgin düşdüyünü və Çad və Cənubi Sudana doğru sərhədləri keçmək məcburiyyətində qaldığını bildirib.

"Hər iki ölkədə yağınıtlı mövsüm yaxınlaşır və bununla da insanlara çatmaq çətinləşəcək. Biz bunu davam etdirə biləcəyimizə əmin olmaq üçün indi yardım hazırlamalıyıq. Bunu edə bilmərik, üstəlik Çad, Cənubi Sudan öz aclıq böhranları ilə məşğuldur", - o qeyd edib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Sudanda yaşı 5-dən aşağı olan təxminən 3,8 milyon uşaq da pis qidalanır.

Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayından vətəndaş müharibəsi gedir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar