Konqo Demokratik Respublikasının hökumət başçısı istefa verib

21.02.2024 13:00     Dünyadan reaksiya     169

Konqo Demokratik Respublikasının Baş naziri Sama Lukonde Kenqe istefa verib.

Reaksiya.az-ın “Actualite” portalına istinadən məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər yayıb.

"Lukondenin istefa ərizəsini ölkə Prezidenti Feliks Çisekediyə təqdim edib. Baş nazirin istefası həm də bütün hökumətin istefası deməkdir", - portal ondan sitat gətirib.

Baş nazir və hökumətin gedişi Çisekedinin prezidentlik dövrünün ikinci müddətinin əvvəlində baş verib. Bu, dövlət başçısına yeni hökuməti təyin etmək imkanı verir.

Üç ildir Baş nazir olan Lukonde artıq parlamentdə çalışacağını açıqlayıb. O, dekabrda keçirilən seçkilərdə deputat mandatı qazanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar