Gülən Erdoğanı "firon"a bənzətdi

08.06.2015 17:13     Dünyadan reaksiya     1825

7 İyun millət vəkili seçkilərinə bağlı şərhi ən çox maraq doğuracaq adlarından biri olan Fətullah Gülən gözlənilən açıqlamasını verib. Gülən özünün herkul.org saytında nəşr olunan açıqlamasında, "Firavun da özünü çox güclü görürdü; Həzrəti Musa (əleyhissalam) və bir ovuc Yəhudi qarşısında qərq olub gedərkən, döndü Tanrıya sığındı, amma artıq iş işdən keçmişdi" deyərək ad vermədən prezidenti Rəcəb Tayyib Ərdoğan üçün “Firon” yanaşmasında bulunub.

Fəthullah Gülənin Herkul.org saytında bu gün nəşr olunan "Tarix Şüuru və Sülh Ruhu" başlıqlı söhbətində, seçki nəticələri üçün "Bu gün milləti qurban edənlər sabah millətə qurban olarlar... Əzab çəkəcəklər, gözlərini dikib sizin üzünüzə baxacaqlar; mədət istəyəcəklər özlərini çox güclü görənlər" ifadələrindən istifadə edib.

Şərhlər