Tehran etiraf etdi: İsrail İrana hücum edib

21.02.2024 14:00     Dünyadan reaksiya     129

Ölkənin qaz kəmərlərinin partlaması İsrail hücumları ilə bağlı olub.

Reaksiya.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci danışıb.

O bildirib ki, düşmən böyük əyalətlərdə məişət qazını kəsməklə qaz təchizatında problem yaratmaq niyyətində olub:

“Düşmənin sui-qəsdi zərərsizləşdirildi. Daha çox dağlıq və səhralıq ərazilərdə olan qaz xətləri ən qısa müddətdə təmir edildi”.

Qeyd edək ki, ötən günlərdə Tehranın müxtəlif yerlərində silsilə partlayışlar olub. Bu barədə İsrail hücumu iddiası səslənsə də, iranlı rəsmilər bunun milli təhlükəsizliklə bağlı olmadığını iddia etmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar