Ukrayna HİMARS-la vurdu: 65 rus hərbçi məhv edildi
21.02.2024 15:00 Dünyadan reaksiya 132
Ukrayna ordusu Donetsk vilayətinin işğal altında olan Trudovsk kəndi yaxınlığında rusların hərbi poliqonuna zərbələr endirib.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, dünən gündüz saatlarında hərbçilərin toplaşdığı əraziyə 3 HİMARS mərmisi atılıb. Nəticədə 36-cı qvardiya motoatıcı briqadasının 4, 5 və 6-cı bölüyünün 65 hərbçisi məhv edilib. Yaralıların sayı barədə məlumat yoxdur.
Qeyd olunub ki, həmin vaxt hərbçilərlə Şərq Hərb Dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Oleq Moiseyevin görüşü gözlənilirdi.
Şərhlər