Qaluzin: Həyasız şəkildə deyirlər ki, ölən ukraynalılardır

21.02.2024 15:15     Dünyadan reaksiya     54

Moskva ABŞ və müttəfiqlərinin Ukrayna böhranının sülh yolu ilə həllində maraqlı olduğunu görmür.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Qərblilərin orada baş verən hər şeyin Vaşinqton üçün sərfəli sövdələşmə olduğunu xatırlatması ənənə halını alıb: Ukrayna münaqişəsi üçün ayrılan və məbləği on milyardlarla ölçülən vəsaitin böyük hissəsi xaricdə qalır, Amerika hərbi-sənaye kompleksinin inkişafını stimullaşdırır və yeni iş yerləri yaradır. Döyüş meydanında ABŞ deyil, Ukrayna vətəndaşları ölür, bu da həyasız şəkildə vurğulanır. Diplomatik yolda Kiyev və Qərb ölkələri Zelenskinin tamamilə gözdən salınmış “formulunu” təbliğ etməyə davam edir. Bununla yanaşı, Ukrayna böhranının həlli üçün digər ölkələrin təklif etdiyi real təşəbbüsləri nəzərdən keçirməkdən qəti şəkildə imtina edirlər”, - Qaluzin bildirib.

Reaksiya.az

Şərhlər