Avropada yeni 11 sentyabr qorxusu
24.08.2015 11:36 Dünyadan reaksiya 2103
Qatarda sərnişinlər tərəfindən təsirsiz hala gətirilən təcavüzkarın, Tunisdəkinə bənzər sayqırım hazırlığında olduğu ifadə edilib. Rəsmilər isə Avropada hücum təhdidi 11 sentyabrdan sonra ən yüksək səviyyədədir.
İçindəki 554 yolçusu ilə birlikdə cümə günü Amsterdam-Paris səfərini keçirən sürətli qatarda terror aksiyası reallaşdırmağa hazırlanarkən sərnişinlər tərəfindən təsirsiz hala gətirilən təcavüzkarın keçmişi ortaya çıxarkən, Avropada narahatlıq yüksəlir. Mərakeşli hücumçu Əyyub Kazaninin, 2007-2014 – ci illərdə İsaniyada yaşadığı bildirilib. Kazani narkotik qaçaqmalçılığı və terrorçu təşkilatlarla əlaqəsinə görə kəşfiyyatın maraq dairəsinə daxil olub. İspaniyalı rəsmilər, 2014-cü ildə Parisə köçən Kazani haqqında fransız kəşfiyyatına xəbərdarlıq göndərilib. Kazaninin hücumdan əvvəl Belçikada yaşadığı, silahlarını buradan təmin etdiyi müəyyən olunub. Hazırda Fransada istintaqı davam edən Kazaninin, 10 mayda Berlin- İstanbul təyyarəsinə mindiyi ortaya çıxıb. Fransalı rəsmilər Kazaninin həmin vaxtlarda Suriyaya getidiyindən və İŞİD ilə əlaqə qurduğundan şübhələnir. Təcavüzkarın İspaniya, Almaniya, Belçika və Fransa kəşfiyyatı tərəfindən təqib olunduğu bildirilib.
Şərhlər