İrəvan sərhəddə təxribat törədib, Rusiyanı ittiham etdi
21.02.2024 20:15 Dünyadan reaksiya 117
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Nerkin-Hand kəndi yaxınlığında insidenti dayandırmamaqda ittiham edib.
Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Nerkin-Hand kəndi istiqamətində baş verən son hadisəyə gəlincə, bilirsiniz ki, AB missiyasının ora çıxışı yoxdur, yalnız Rusiyanın ora çıxışı var. Rusiya insidentin qarşısını ala bilməyib”, - o bildirib.
O, Moskvanın AB-ni tənqid etməsinə cavab olaraq bildirib ki, “reallıq başqadır”:
“Aydındır ki, AB-nin mülki missiyası sabitləşdirici rol oynayır. Onların fəaliyyətini tam dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”.
“Nə üçün AB missiyasının Nerkin-Hand kəndi yaxınlığındakı hissəyə çıxışı yoxdur” sualına Qriqoryan cavab verməyib.
Qeyd edək ki, fevralın 12-də Ermənistan ordusunun Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. DSX-nin 13 fevralda keçirdiyi qisas əməliyyatı ilə sözügedən döyüş mövqeyi darmadağın edilib, 4 erməni həbçi isə məhv edilib.
Şərhlər