Tramp 6 şəxslə bağlı qərar verəcək

22.02.2024 09:00     Dünyadan reaksiya     79

ABŞ prezidentliyi uğrunda mübarizə aparan sabiq dövlət başçısı Donald Tramp onun hakimiyyəti dövründə vitse-prezidentliyə namizəd ola biləcək altı nəfərin adını sadalayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

“Düzünü desəm, bu insanların hamısı yaxşıdır. Yaxşıdırlar, etibarlıdırlar”, - deyə Tramp bildirib.

Siyahıya Trampın üç keçmiş rəqibi - Florida qubernatoru Ron DeSantis, senator Tim Skott və sahibkar Vivek Ramasvami daxil edilib.

Tramp həmçinin Cənubi Dakota qubernatoru Kristi Noem, Nümayəndələr Palatasının üzvü Bayron Donalds və Demokratlar Partiyasından 2022-ci ildə ayrılan Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardı vitse-prezident postuna potensial namizədlər kimi göstərib.

Reaksiya.az

Şərhlər