Qəzza ölüm zonasına çevrilib - ÜST
22.02.2024 10:30 Dünyadan reaksiya 124
Qəzzada atışmalar nəticəsində ölənlərlə yanaşı, kəskin qida çatışmazlığı səbəbindən də ölən mülki əhalinin sayı artmaqdadır.
Reaksiya.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
“Qəzza ölüm zonasına çevrilib. Ərazinin böyük hissəsi dağıdılıb, 29 mindən çox insan ölüb, xeylisi itkin düşüb, yaralanıb”, - deyə ÜST rəhbəri bildirib.
Şərhlər