PKK-dan növbəti hücum - 2 əsgər şəhid olub, 3 əsgər yaralanıb

24.08.2015 11:38     Dünyadan reaksiya     1869

Türkiyədə Hakkari villayətinin Şəmdilli mahalında, Təkəli kəndi yaxınlığında Türkiyə ordusunun hərbi avtomobilinə qarşı terror aktı törədilib.

Reaksiya.az xəbər verir ki, PKK terrorçuları tərəfindən yerləşdirilən partlayıcı hərbi avtomobil keçən zaman işə düşüb.

Hadisə nəticəsində 2 əsgər şəhid olub, 3 əsgər yaralanıb.

Yaralılar Şemdinli Dövlət Xəstəxanasına çatdırılıb. Terrorçuların ələ keçirilməsi üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb.

Şərhlər