ABŞ yenidən husilərə zərbələr endirdi

22.02.2024 14:00     Dünyadan reaksiya     82

ABŞ husilərin mövqelərinə 4 raket zərbəsi endirərək 8 raket buraxılış sistemi qurğusunu məhv edib.

Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ qüvvələri Qırmızı dənizə doğru atılmaq üçün hazırlanmış 7 mobil gəmi əleyhinə raket buraxılış qurğusuna və 1 mobil gəmi əleyhinə balistik raket buraxılış qurğusuna 4 özünümüdafiə zərbəsi endirib. Həmçinin bu müddət ərzində ABŞ qüvvələri husilərin kamikadze dronunu vurmağa nail olub”, -məlumatda bildirilib.

Reaksiya.az

Şərhlər