Türkiyənin Rusiyaya ixracı kəskin azaldı

22.02.2024 17:45     Dünyadan reaksiya     107

Türkiyənin Rusiyaya ixracının həcmi 2023-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında 30%-dən çox azalıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Şurasının (TİM) məlumatında deyilir.

Qeyd olunur ki, 2023-cü ilin dekabr ayında Türkiyə Rusiyaya 791 milyon dollardan çox mal tədarük edib:

“Yanvarda isə 551 milyon dollardan artıq məhsul tədarük edilib ki, bu da tədarükün 30,3% azaldığını göstərir. Türkiyənin digər əsas xarici ticarət tərəfdaşlarına gəldikdə isə vəziyyət fərqlidir. Belə ki, Almaniyaya ixrac ay ərzində 5,4%, ABŞ-a isə 2,7% artıb. Eyni zamanda, İtaliyaya ixracın həcmi təxminən 6%, Böyük Britaniyaya 10%-dən çox, İsrailə 19%, Fransaya demək olar ki, 19% azalıb”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar