Danimarka F-16 qırıcılarını Ukraynaya yayda verəcək

22.02.2024 18:15     Dünyadan reaksiya     109

Danimarka yayda F-16 qırıcılarının ilk partiyasını Ukraynaya təhvil verəcək.

Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.

“Bundan başqa, Kiyev üçün yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və 15 min artilleriya mərmisi daxildir”, - o vurğulayıb.

Xatırladaq ki, Niderland və Danimarka ilk olaraq Ukraynaya F-16-ların verilməsinə razılıq verib.

Reaksiya.az

Şərhlər