Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib
22.02.2024 19:45 Dünyadan reaksiya 123
Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.
Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen elan edib.
Qeyd olunub ki, yeni hərbi yardım paketi 195 milyon funt sterlinqlik həcmindədir.
Hökumət başçısının sözlərinə görə, döyüş meydanında qalib gəlməsi üçün indi Kiyevə daha çox dəstək lazımdır.
Xatırladaq ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.
Şərhlər