Ermənistan və Fransanın baş nazirləri ticari-iqtisadi əlaqələri müzakirə ediblər

22.02.2024 20:30     Dünyadan reaksiya     190

Ermənistan Fransa hökuməti ilə müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə və genişləndirməkdə maraqlıdır.

Reaksiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə fransalı həmkarı Qabriel Attal ilə görüşdə deyib.

Onlar ticari-iqtisadi əlaqələr, tikinti, infrastrukturun inkişafı, enerji, su ehtiyatlarının idarə edilməsi, turizm sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar