KTMT-də iştirakımız dondurulub - Paşinyan

23.02.2024 09:30     Dünyadan reaksiya     75

Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.

Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində söyləyib.

Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu məsələsi gündəlikdə deyil.

Reaksiya.az

Şərhlər