Bayden buna görə Putini təhqir etdi - Ağ Ev

23.02.2024 12:00     Dünyadan reaksiya     102

ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə bağlı təhqiramiz ifadələri milli təhlükəsizliklə bağlı narahatlıqdan qaynaqlanır.

Reaksiya.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. Kreml rəhbəri də öz növbəsində amerikalı həmkarının təhqirinə cavab verib.

Həmçinin Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə nota göndərib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar