KTMT-dən Paşinyanın bəyanatına reaksiya

23.02.2024 12:15     Dünyadan reaksiya     104

İrəvandan KTMT katibliyinə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama verilməyib.

Reaksiya.az xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.

“Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərinə gəlincə, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans 24”ə müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduğunu bildirmişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar