Cənubi Koreya ilə ABŞ “F-35A” qırıcıları ilə birgə təlim keçirib

23.02.2024 14:15     Dünyadan reaksiya     116

Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri “F-35A” qırıcılarının iştirakı ilə birgə təlim keçirib.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə koreyalı hərbçilər bildirib.

Məlumata görə, hərbi təlim Cənubi Koreyanın ərazisində keçirilib. Bildirilib ki, Cənubi Koreyada ABŞ hərbi kontingentinin silah arsenalında “F-35A” yoxdur. Koreyalılar tərəfdən “F-35А”, “KF-16”, “F-15K” və başqa aviatexnika nümunələri iştirak edib.

İnformasiyaya əsasən, tərəflər şərti düşmənin təyyarələrini və qanadlı raketlərini ələ keçirmək üçün müdafiə üzrə tapşırıqları yerinə yetiriblər.

Bildirilib ki, fevralın 14-də Şimali Koreya yeni tipli “Padasuri-6” (“Orlan-6”) gəmi əleyhinə raketi sınaqdan çıxarıb. Rəsmi Pxenyan yanvarın 30-da isə onlar “Hvasal-2” (“Strela-2”) strateji qanadlı raketinin sınağını uğurla buraxdıqlarını bildiriblər. Yanvarın 28-də isə onlar “Pulhvasal-3-31” (“Fire Arrow-3-31”) yeni sualtı qanadlı raketlərini sınaqdan keçirib.

Cənubi Koreya mediası bildirib ki, “Pulhvasal-3-31” adındakı 31 rəqəmi “Hvasan-31” (“Vulkan-31”) taktiki nüvə başlığının quraşdırılması deməkdir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar