Türkiyədə neft quyusunda partlayış olub, ölən və yaralanan var

23.02.2024 18:00     Dünyadan reaksiya     89

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

Reaksiya.az “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi qaz sıxışması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar