Keçmiş kanslerə həbs cəzası verildi
24.02.2024 10:30 Dünyadan reaksiya 202
Vyanada regional məhkəmə keçmiş kansler Sebastian Kurtsu korrupsiya iddiaları ilə bağlı yalan bəyannamə verməkdə təqsirli bilərək, ona 8 ay müddətinə şərti həbs cəzası verib.
Reaksiya.az xəbər verir ki, bu barədə “Heute” məlumat yayıb.
Qeyd edək ki, Kurts 2017-2019 və 2020-2021-ci illərdə Avstriyanın federal kansleri vəzifəsini icra edib.
Şərhlər