BƏƏ Misirə 35 milyard dollarlıq investisiya yatırır

24.02.2024 11:00     Dünyadan reaksiya     118

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirə 35 milyard dollar dəyərində investisiya yatıracaq.

Reaksiya.az xəbər verir ki, bu barədə Misirin rəsmi agentliyi MENA məlumat yayıb.

Bildirilib ki, Misir Baş naziri Mustafa Medbuli, əmlak naziri Asım əl-Cəzzar və BƏƏ investisiya naziri Məhəmməd Həsən əs-Suveydinin iştirakı ilə ölkə tarixinin ən böyük birbaşa investisiya müqaviləsi imzalanıb.

İnvestisiya layihəsi Ras əl-Hikmə regionunda turizm, əmlak və urbanizasiya sahələrini əhatə edəcək.

Layihənin 15 və 20 milyard dollar olmaqla iki hissədən ibarət olacağı bildirilib. Misir hökumətinin bu layihədən 35 faiz gəlir əldə etməsi gözlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar