Tramp dələduzluq işi üzrə 454 milyon dollar ödəyəcək
24.02.2024 11:45 Dünyadan reaksiya 131
Nyu-Yorkdakı məhkəmə ABŞ-nin keçmiş prezidenti Donald Trampın mülki fırıldaqçılıq işi üzrə 454 milyon dollar ödəmək barədə qərar verib.
Reaksiya.az-ın məlumatına görə, bu barədə NBC telekanalı məhkəmənin qərarına istinadən xəbər yayıb.
Qeyd olunur ki, göstərilən məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faiz daxildir.
Xatırladaq ki, fevralın 16-da Nyu-Yorkdakı məhkəmə Trampı “Trump Organization”da fırıldaqçılıq ilə bağlı mülki işdə təqsirkar bilib və təxminən 355 milyon dollar ödəmək barədə hökm çıxarıb. Həmçinin siyasətçinin üç il ərzində Nyu-York əyalətindəki hər hansı bir şirkətdə vəzifə tutmağı və dövlətin maliyyə qurumlarına kredit axtarmağı qadağan olunub.
Şərhlər