ABŞ-nin Florida ştatı Texasa əlavə mühafizə bölməsi göndərir

24.02.2024 12:45     Dünyadan reaksiya     165

ABŞ-nin Florida ştatının hakimiyyət orqanları qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya bölməsini göndərib.

Bu barədə Floridanın qubernatoru Ron Desantis bildirib.

"Prezident Cozef Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, ştatlardan müdaxilə etməyi və ərazi suverenliyimizi təmin etməyi tələb edir", - o deyib. “Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanına səmimi təşəkkürümü bildirmək istəyirəm”, - qubernator vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən Florida hakimiyyəti cənub sərhədində Texasa kömək etmək üçün hüquq-mühafizə orqanlarının 2,4 mindən çox əməkdaşını göndərib. Bu məqsədlər üçün 600-dən çox texnika, o cümlədən qayıqlar, avtobuslar və kvadrosikllər ayrılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar