Suriya sərhəddə kəşfiyyat avadanlığına görə Livana nota verib

24.02.2024 13:15     Dünyadan reaksiya     157

Suriya hökuməti Böyük Britaniya ilə razılaşma əsasında birgə sərhəddə müşahidə qüllələrində quraşdırılan texniki avadanlıqla bağlı Livan hakimiyyətinə etiraz edib.

Bu barədə Beyrutdakı diplomatik mənbələrə istinadən "Al Akhbar" qəzeti məlumat yayıb.

Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi tərəfindən göndərilən notada deyilir ki, “kəşfiyyat məlumatlarının toplanması üçün Britaniya avadanlığından istifadə edilir, sonra onlar İsrailə ötürülür”.

Qəzet qeyd edib ki, rəsmi Beyrut Dəməşqin xəbərdarlığına hələ rəsmi cavab verməyib. Livan hökuməti silahlı qüvvələrin komandanlığı ilə birlikdə Suriyanın arqumentlərini öyrənəcək və cavab hazırlayacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar