Türkiyə tarixində bir ilk yaşanacaq

24.08.2015 12:58     Dünyadan reaksiya     2067

Türkiyə ilk dəfə müvəqqəti hökumət ilə seçkiyə gedəcək.

Reaksiya.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament sədriylə görüşəcək. Ərdoğan hökümət qurmaq vəzifəsini böyük ehtimalla baş nazir Davudoğluna verəcək.

Qeyd edək ki, Türkiyədə hökumət qurmaq üçün verilən 45 günlük müddət bu gün başa çatır. Növbədənkənar seçki prosesi sabahdan etibarən rəsmən başlayacaq. Rəcəb Tayyib Ərdoğan Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq parlament sədri İsmət Yılmazla görüşdükdən sonra yeni seçkilərin keçiriliməsi üçün qərar qəbul edəcək.

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) müvəqqəti hökumətin formalaşdırılmasında yer almayacağını açıqlayıb.

Müvəqqəti hökumət AKP, HDP və müstəqillərdən ibarət olacaq.

Şərhlər

Çox oxunanlar