Hindistanda yol qəzasında azı 22 nəfər ölüb

24.02.2024 16:45     Dünyadan reaksiya     69

Hindistanın Uttarkxand ştatında baş verən yol qəzasında 8-i uşaq olmaqla azı 22 nəfər həlak olub.

Reaksiya.az “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib.

Qeyd edilib ki, onları daşıyan traktorun yol kənarındakı gölməçəyə aşması nəticəsində həlak olublar.

"Hazırkı məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır. Təxminən 10 nəfər yaralanıb", - Aqraval jurnalistlərə bildirib.

Reaksiya.az

Şərhlər