HƏMAS ilə nələr müzakirə olunacaq? - Netanyahu

25.02.2024 09:45     Dünyadan reaksiya     128

İsrailin nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra Nazirlər Kabineti Qəzza zolağında HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı növbəti addımları müzakirə edəcək.

Reaksiya.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Biz girovları azad etmək üçün başqa bir razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim və bu gecə biz növbəti addımları müzakirə edəcəyik", - Netanyahu bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar