İsrail Hizbullahın obyektlərinə zərbə endirdi

25.02.2024 10:45     Dünyadan reaksiya     110

İsrailə məxsus qırıcı təyyarələr Livandakı Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib.

Reaksiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail ordusu son bir neçə saat ərzində Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar