Ukrayna üçün hərbi potensialımızı artırırıq - Leyen

25.02.2024 11:00     Dünyadan reaksiya     131

Rusiya ölkənizə qarşı hücumlarını gücləndirdikcə, biz də hərbi dəstəyimizi ikiqat artırırıq.

Reaksiya.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Avropa Birliyi artıq hərbi dəstək üçün 28 milyard avro ayırıb: "Biz Ukraynaya Yardım Fondunun yaradılması üzərində işləyirik".

Eyni zamanda, o bildirib ki, Avropa müdafiə sənayesi potensialını və mərmi istehsalını 40% artırır:

“Biz artıq yarım milyondan çox mərmi təhvil vermişik və ilin sonuna qədər bu rəqəm 1 milyondan çox olacaq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar