Kuleba: Yalnız ABŞ Ukraynanı tam şəkildə silahla təmin edə bilər
25.02.2024 11:30 Dünyadan reaksiya 162
Ukrayna hərbçiləri sursat və silah qıtlığı yaşayır.
Reaksiya.az-ın məlumatına görə, bunu fevralın 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. O qeyd edib ki, Kiyev ABŞ-dan hərbi təchizat olmadan öz ehtiyaclarını ödəyə bilməyəcək.
Nazirin sözlərinə görə, Kiyev sursat və silah çatışmazlığını doldurmaq üçün Avropa dövlətləri və üçüncü ölkələrlə danışıqlar aparır və müqavilələr bağlayır. Lakin bu tərəfdaş ölkələrin imkanları məhduddur.
"Hərbi təchizatla bağlı hər hansı güzəştə gedə biləcək bir vəziyyətdə deyilik" - Kuleba deyib.
O əlavə edib ki, rəsmi Kiyevdə hazırda klassik diplomatiya üçün yer yoxdur və bu, güzəştə getmək zərurətini nəzərdə tutur.
"Zərbə, bəzən üz-üzə, hücum, hücum və döyüş... çünki B planı yoxdur", - Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Şərhlər