Almaniyanın xarici işlər naziri Odessaya gəlib
25.02.2024 12:15 Dünyadan reaksiya 142
Almaniyanın xarici işlər naziri Annalena Baerbok və onun ukraynalı həmkarı Dmitri Kuleba Odessadadır.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Onların şəhərə səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.
Qeyd edək ki, fevralın 23-də Baerbok və Kuleba BMT Baş Assambleyasının iclasında iştirak etdikləri Nyu-Yorkdan Almaniya hökumətinin təyyarəsi ilə Berlinə gəlmişdilər.
Şərhlər